Samuxda elektrik yarımstansiyasının təmiri zamanı partlayış baş verib

Samux rayonunda elektrik yarımstansiyasının əməkdaşı yanıq xəsarətləri alıb. 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Ziyadlı kəndində qeydə alınıb.

1962-ci il təvəllüdlü İslam Əlinağı oğlu Bayramov bədənin 2-ci və 3-cü dərəcəli yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. 

İlkin məlumata görə, İslam Bayramov Samuxda elektrik yarımstansiyasının əməkdaşıdır. Hadisə zamanı həmin şəxs növbədə olub, təmir işləri aparan zaman partlayış baş verib. 

Hadisənin başvermə səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv