Samuxda əməliyyatlar: rayon sakinlərinin evlərindən görün nə çıxdı

Samuxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Samux rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Bəhruz Həsənov saxlanılaraq polis şöbəsinə gətirilib. Onun üzərinə baxış keçirilən zaman narkotik maddə olan “metamfetamin” aşkar olunub. Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin yaşadığı evə baxış keçirilib və oradan 7 kq 180 qram narkotik vasitə olan “marixuana” və “metamfetamin” aşkarlanıb. 

Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması  istiqamətində keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon sakinlərinə məxsus, müvafiq sənədləri olmayan “TOZ”, “İJ” və digər markalı müxtəlif kalibrli ov silahları aşkar edilərək götürülüb. Aşkar edilən ov tüfəngləri müvafiq ekspertizaya göndərilib, sahibləri ilə profilaktiki söhbət aparılaraq barələrində qanuna müvafiq tədbir görülüb.

Samux rayon cari ilin müvafiq dövründə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 9 əməliyyat-axtarış tədbiri baş tutub. Ümumilikdə 17 kq-a yaxın narkotik vasitə dövriyyədən çıxarılıb. Aşkar edilən digər bir fakt nəticəsində isə vətəndaşdan “Makarov” tipli tapança müəyyən edilib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Müəllif | Apa.Tv
Apa.tv