Samuxda iki maşın toqquşdu – 4 YARALI
Samuxda 4 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Gəncə-İmamzadə yolunun rayonun İnstitut qəsəbəsindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan “VAZ-2107” və “NAZ-Lifan” markalı avtomobillərin toqquşması nəticəsində rayon sakinləri - 21 yaşlı İsmət Hümbətov, 50 yaşlı Vaqif Məmmədov və 41 yaşlı Elnarə Məmmədova Gəncədəki xəstəxanalardan birinə yerləşdiriliblər. Bir nəfərə isə xəsarəti yüngül olduğundan, hadisə yerində yardım göstərilib. Digər xəsarət alanların vəziyyətin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV Samux