Samuxda maşın hasara çırpıldı – XƏSARƏT ALANLAR VAR
Samuxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə rayonun Qarabağlar kəndində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı minik maşını idarəetmədən çıxaraq əvvəlcə yol kənarındakı hasara, daha sonra qaz borusuna çırpılıb.
Qəza zamanı 20 yaşlı Elməddin Xəlilov, 26 yaşlı İlkin Kazımzadə xəsarət alaraq xəstəxanaya yerləşdiriliblər.
Məlumata görə, qəzaya səbəb minik maşınının qabağına itin çıxması olub. Faktla bağlı araşdırma aparılır.