Samuxda minik maşını yük maşını ilə toqquşdu 

Samuxda ölümlə nəticələnən ağır yol qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə Samux-Qırmızı Samux Kür yolunun rayonun Sarıqamış kəndindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan yanacaq daşıyan " ZİL " ilə “VAZ 2106" markalı minik maşını toqquşub. Qəza zamanı "VAZ 2106" avtomobilinin sərnişini, 1953-cü il təvəllüdlü Knyaz Mustafayev hadisə yerində ölüb, 2 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu, APA TV, Samux

Müəllif | Apa.Tv
Apa.tv