Samuxda narkotik yetişdirən şəxs tutuldu
Samuxda çətənə kolları yetişdirən şəxs saxlanılıb.
APA TV-nin yerli bürosunun məlumatına görə, daxil olmuş məlumat əsasında keçirilən əməliyyat nəticəsində rayonun Qarayeri qəsəbə sakini, əvvəllər məhkum olunmuş Yaşar Sadıqov tutulub.
DİN-in mətbuat xidmətinin əməkdaşı Eşqin Qasımov deyir ki, ərazidən 12 ədəd çətənə kolu aşkar edilib: “Samux Rayon Polis Şöbəsinə rayonun Qarayeri qəsəbə sakini, əvvəllər məhkum olunmuş, Yaşar Sadıqovun Quşqara çayının kənarında çətənə bitkiləri əkin becəridyi barədə məlumat daxil olub. Həmin ərazidən 12 ədəd çətənə kolu aşkar edilərək götürülüb. Yaşar Sadıqov şübhəli şəxs qismində saxlanılıb”.
Dindirilmə zamanı Yaşar Sadıqov çətənə kollarını özü şəxsi istifadə məqsədilə becərdiyini bildirib: “Əlimə toxum düşmüşdü. Çayın kənarına əkdim. 15-20 gün bir gedib dibinə su verirdim. Elə dibində də oturub çəkirdim. Özüm çəkəniyəm. Həmişə də çəkmişəm. Nə edim məndə belə xəstəyəm”.
Faktla bağlı araşdırma aparılır.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV