Samuxda partlayış: nənə və nəvəsi ciddi xəsarətlər aldı
Samuxda fərdi yaşayış evində partlayış olub.
APA TV-ninn qərb bürosunun məlumatına görə, hadisə rayonun Qarayeri qəsəbəsində qeydə alınıb.
Yanıq xəsarətləri ilə xəstəxanaya çatdırılan qəsəbə sakini - 1956-cı il təvəllüdlü İsmayılova Elmira Kərəm qızı və onun nəvəsi 6 yaşlı İsmayılova Elmira Elçin qızına ilkin tibbi yardım göstərilib.
Lakin xəsarətlərin ciddiliyi nəzərə alınaraq onlar paytaxta göndərilib.
Təfərrüatlar araşdırılır.