Samuxda partlayış olub, xəsarət alan var
Samuxda evdə qaz sızması partlayışa səbəb olub.
APA TV xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb. 2000-ci il təvəllüdlü Vəliyeva Aytəkin Nazim qızı yaşadığı evdə qazı sobasını yandıran zaman parlayış baş verib. Ağır yanıq xəsarəti ilə Gəncə şəhər təcilli tibbi yardım xəstəxanasın reanimasiya şöbəsində yerləşdirilən Aytəkin Vəliyeva vəziyyəti ağırlaşdığından Bakı şəhərində yerləşən xəstəxanalardan birinə aparılıb.
Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Partlayışın baş vermə səbəbləri araşdırılır