Samuxun icra başçısının müavini koronavirusdan öldü
Samux Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini Qəzənfər Əliyev yeni növ koronavirus infeksiyasından (COVID-19) dünyasını dəyişib.
APA TV-nin yerli bürosunun məlumatına görə, Qəzənfər Əliyev bu gün gecə saatlarında xəstəxanada dünyasını dəyişib. Goranboy Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İftixar Zeynalov APA TV-yə bildirib ki, icra başçısının müavini iyunun 14-də ağır vəziyyətdə, iki tərəfli pnevmoniya ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.
Lakin aparılan profilaktik tədbirlərə baxmayaraq, o, xəstəxananın reanimasiya şöbəsində vəfat edib. Qeyd edək ki, Qəzənfər Əliyevin məktəb direktoru olan həyat yoldaşı da infeksiyaya yoluxub.
Fuad Nazimoğlu
Mehdi Məmmədov
APA TV