Saray qəsəbəsində hamı təşvişdə: HƏYƏTLƏRƏ AYI BALASI GİRDİ

Abşeron rayonu Saray qəsəbəsində yaşayan bir vətəndaş Daxili İşlər Nazirliyinin "102" Xidməti Zəng Mərkəzinə müraciət edərək evinin həyətinə ayı balasının girdiyi barədə məlumat verib.

 

APA TV-nin xəbərinə görə, dərhal Abşeron Rayon Polis İdarəsinin Saray Polis Bölməsinin əməkdaşları deyilən ünvana yollanıb. Ayı balası polislər tərəfindən təhlükəsizlik tədbirləri görülməklə götürülüb və daha sonra aidiyyəti üzrə müvafiq dövlət orqanına təhvil verilib.

 

Yeri gəlmişkən qeyd edək ki, bəstəkar-müğənni Murad Arif də bu gün səhər saatlarında bağ evindəki həyətinə ayı balasının girdiyi barədə özünün feysbuk hesabında məlumat və video paylaşıb.

Müəllif | Apa.Tv
Apa.tv