Saray və Sumqayıtda polis əməliyyatı - NARKOTACİRLƏR ƏLƏ KEÇDİ

Abşeron rayonunda narkotik alverçisi yaxalanıb.

APA TV-nin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumatına görə, polisin Saray qəsəbəsində keçirdiyi əməliyyatla saxlanılan qəsəbə sakini Şahin Həsənovun üzərində 4 qram heroin aşkarlanıb.

 

Onun yaşadığı evdən də narkotik vasitələr - 30 qram heroin, 20 qram tiryək və elektron tərəzi aşkar edilib. Ş.Həsənov satdığı narkotik vasitələri tanışı Xəyyam adlı şəxsdən aldığını bildirib.

 

Daha sonra Sumqayıt şəhər sakini Xəyyam Məmmədzadə də saxlanılıb. Üzərindən 30 qram heroin çıxan şəxsin yaşadığı evdən əlavə olaraq 60 qram heroin, 260 qram metamfetamin və 1 ədəd elektron tərəzi tapılıb.

 

Araşdırma zamanı müəyyən edilib ki, X.Məmmədzadə narkotik vasitələri İran vətəndaşından satmaq məqsədi ilə alıb.
 

Faktla bağlı cinayət işi başlanıb.

Müəllif | Apa.Tv
Apa.tv