Sarı “Jiquli”, toyda olan ata və… - TOVUZDA 10 YAŞLI QIZ İTİB
Tovuzda 10 yaşlı qız itkin düşüb.
APA TV-nin qərb bürosunun məlumatına görə, Dondar Quşçu kənd sakini, 2009-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızı noyabrın 21-də axşam saatlarında yoxa çıxıb.
İtən qızın yaxınlarının sözlərinə görə, dünən axşam saatlarında Nərminin böyük bacısı evlərinə gələrkən naməlum sarı rəngdə “VAZ 21 06” markalı maşın saxlayıb və onu evlərinə aparmaq istədiyini bildirib. Qızın etirazı və qonşuların baxdığını görən sürücü oradan uzaqlaşıb. Təxminən bir saat sonra isə Nərmin yoxa çıxıb.
Uşağın atası Şərif Quliyevin sözlərinə görə, o, toy məclisində olub və Nərminə evdən onun gödəkçəsini gətirməsini istəyib. Uşaq gödəkçəni gətirməyə gedib, bundan sonra yoxa çıxıb. Nərminin anası Aynurə İsmayılova heç kəsdən şübhələnmədiyini deyib.
Uşağın axtarışları davam edir.