Şavkat Mirziyoyev Qaraqalpaqıstanla bağlı maddələrə dəyişiklik etməyəcək

Özbəkistan prezident Şavkat Mirziyoyev bölgədə baş verən iğtişaşlardan sonra Qaraqalpaqıstanın statusu ilə bağlı Konstitusiyaya dəyişiklik etməmək qərarına gəlib. APA xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

 “Konstitusiyaya əlavə və dəyişikliklərin müzakirəsi prosesinin hələ də davam etdiyini nəzərə alaraq, həmçinin Qaraqalpaqıstan sakinlərinin fikirlərinin öyrənilməsi əsasında prezident 70-ci maddələrin hazırkı mətnlərinin qorunub saxlanıldığını bildirib”,- deyə məlumatda bildirilib. 2021-ci ilin dekabrında, ikinci prezidentlik müddətinə seçildikdən bir ay sonra Mirziyoyev konstitusiyaya dəyişikliklər təklif edib. O bununla bağlı və may ayında konstitusiyaya düzəlişləri hazırlamaq üçün parlamentdə komissiya yaradıb.

O, 1992-ci ildə qəbul edilmiş Özbəkistan Konstitusiyasına 200-ə yaxın düzəlişin edilməsini nəzərdə tutan qanun layihəsi hazırlayıb. Əsasən Qaraqalpaqın Özbəkistan Respublikasının tərkibinə daxil olan suveren respublika olması və Qaraqalpaq xalqının ümumxalq referendumu əsasında Özbəkistanın tərkibindən ayrıla bilməsinə dair maddənin də Konstitusiyadan çıxarılması təklif edilir. Qaraqalpaqlar bu maddənin Konstitusiyadan çıxarılmasına etiraz məqsədilə iyulun 1-də etiraz aksiyası keçiriblər.

Müəllif | Apa.Tv
Apa.tv