Saxlanılan şəxs: “Kənddə nə qədər boş ev var…”

Astarada 5 yerdən oğurluq edən şəxs saxlanılıb.

APA TV-nin cənub bürosunun məlumatına görə, Şiyəkəran kəndində Rusiyada yaşayan bir ailənin evinin qarət edilməsi barədə polisə məlumat verilib.

Polis oğrunu çox uzaqda axtarmayıb, özünü şübhəli aparan elə həmin kəndin sakini Raqif Mirzəyev saxlanılıb, üstəlik narkotiklə. O, daha 4 yerdən oğurluq etdiyini etiraf edib: “4 evə girmişəm, 1 çayxanaya. Bilirdim hansı ev sahibləri Rusiyada yaşayır, gecə yarısı o evlərə girirdim. Əlimə keçəni götürürdüm, Pensər bazarına aparıb satırdım”.

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv
Apa.tv