Saxta avtomobil ehtiyat hissələrini orijinaldan necə ayıraq?

 Bakıda saxta avtomobil ehtiyat hissələrinin tədarükü və satışına qarşı mübarizə tədbirləri çərçivəsində “Otoplaza Mall Avtomobil” şəhərciyində çoxtərəfli seminar-təlim keçirilib. Tədbirə “Hyundai” markasının Azərbaycandakı distributoru “Auto Azərbaycan” şirkəti ev sahibliyi edib. Tədbirdə saxta ehtiyat hissələri ilə niyə və hansı şəkildə mübarizə aparılmalı olduğu ilə bağlı iştirakçılara ətraflı məlumat verilib və qarşıda duran vacib məsələlər müzakirə olunub. Daha sonra “Hyundai-MOBİS” mütəxəssisləri tərəfindən qonaqlara avtomobillərin orijinal ehtiyat hissələrini saxta ehtiyat hissələrindən asanlıqla fərqləndirməyin yolları izah edilib. MOBİS korporasiyası tərəfindən saxta ehtiyat hissələrini asanlıqla müəyyənləşdirməyə imkan verən yeni mobil tətbiqin təqdimatı da baş tutub. Ünvan: Babək prospekti 61 C Otoplaza Mall Avtomobil Mərkəzi. Əlaqə nömrəsi: 989

Müəllif | Apa.Tv
Apa.tv