“Saxta diplomu var, elə bilir qəbul etsəm, işi düzələcək”

Elm və təhsil naziri Emin Əmrullayev müəlimlərin şikayətinə özünün birbaşa baxması məsələsinə münasibət bildirib.

 

APA-nın xəbərinə görə, nazir qeyd edib ki, Azərbaycanda 120 min müəllim var:

 

"Onların 10 faizinin müraciətini nazir 10 dəqiqə oxusa, buna vaxt çatdırmaq olmaz. Xaricdə qeyri-qanuni yolla təhsil alan, əlində saxta diplomu olan şəxs elə düşünür ki, nazir onun müraciətinə özü baxsa, müstəsna hal kimi işini həll edə bilər. Bu, belə deyil".

 

Müəllif | Apa.Tv
Apa.tv