Saxta sənədlə işləyən azərbaycanlı polis saxlanıldı

Moskvada Azərbaycan vətəndaşı saxlanılıb. Rusiya KİV-ə istinadla bildirilir ki, o, saxta Rusiya pasportu alaraq, bir neçə il polis işləməkdə şübhəli bilinir. Məlumata görə, 35 yaşlı kişi Gəncə şəhərindən Moskvaya köçüb. 2007-ci ildə o, Rusiya pasportu alıb və Solntsevo ərazisində yaşamaq üçün müraciət edib. Bundan əlavə, 2014-cü ildə kişi Vnukovo hava limanında yerləşən polis bölməsində işə düzəlib. Ona baş serjant rütbəsi verilib və 2022-ci ilin oktyabrında əməliyyatçı vəzifəsini tutub. Həmin şəxsə qarşı “Sənəd saxtakarlığı” maddəsi ilə cinayət işi açılıb. Yaxın vaxtlarda məhkəmə onun barəsində həbs-qətimkan tədbiri seçəcək. Hazırda azərbaycanlının işlədiyi polis idarəsində yoxlama aparılır.

Müəllif | Apa.Tv
Apa.tv