Səbail rayonunda sintezator oğurlayan şəxs saxlanılıb

Səbail rayonunda oğurluq edən şəxs saxlanılıb. Rayon Polis İdarəsinin (RPİ) 9-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini Tərlan Əsgərov tutulub.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA TV-yə verilən məlumata görə, onun Səbail rayonunda binanın saxlanc yerindən məişət əşyaları, 1 ədəd dəyəri 4500 manat olan sintezator musiqi aləti oğurladığı məlum olub. Səbail RPİ-nin 9-cu Polis Bölməsinin əməkdaşları tərəfindən T.Əsgərovun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri zamanı onun rayon ərazisində əlavə olaraq bir obyektdən kondsioner sisteminə məxsus mis boruları oğurladığı da məlum olub.

 

Faktlarla bağlı saxlanılan şəxs barəsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir. T.Əsgərovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi üzrə polis idarə, bölmə, habelə DİN-in “102” Zəng Mərkəzi  ilə əlaqə saxlayaraq məlumat verə bilərlər.

 

Müəllif | Apa.Tv
Apa.tv