Səbaildə 200-dən çox ağac əkildi: “Bunu şəhid oğlumun adına əkmişəm...”
Bu gün Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Səbail rayonunda ağacəkmə aksiyası keçirilib.
Aksiyada Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, qurumun məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, müharibə iştirakçıları iştirak ediblər.
Aksiya çərçivəsində Şıx yaşayış massivində 200-dən çox şam ağacı əkilib. Əkilən ağaclar suvarılıb, onlara aqrotexniki qulluq göstərilib. Bundan başqa, ərazidə təmizlik işləri aparılıb, ağacların dibi quru otlardan, daş və məişət tullantılarından təmizlənib.