Səbaildə gizli fəaliyyət göstərən kafe aşkar edildi – SAHİBİ VƏ MÜŞTƏRİLƏR CƏRİMƏLƏNDİ

Paytaxtın Səbail rayonunda karantin rejimini pozaraq gizli fəaliyyət göstərən yeməkxana aşkar edilib.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən xəbərə görə, polis əməkdaşları tərəfindən keçirilən tədbir zamanı kafenin sahibi Söhrab İsayevin karantin qaydalarını pozaraq müştəri qəbul etdiyi məlum olub. Obyektə baxış zamanı Söhrab İsayev və orada olan 9 müştəri saxlanılıb.

 

Xüsusi karantin qaydalarını pozan obyekt sahibi və müştərilərin hər biri 200 manat cərimə olunublar.

Müəllif | Apa.Tv
Apa.tv