Səbaildə karantini pozaraq fəaliyyət göstərən restoran aşkar edildi
Paytaxtın Səbail Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Mikayıl Müşfiq küçəsi 4 ünvanında yerləşən “502” restoranının xüsusi karantin rejimi qaydalarına zidd olaraq fəaliyyət göstərdiyi məlum olub. Obyektə baxış zamanı sahibi və 4 nəfər müştərinin karantin qaydalarını pozduqları müəyyən edilib.
Həmin şəxslər restoranı icarə əsasında işlədən Yevlax rayon sakini Coşqun Məmmədov, Mingəçevir şəhər sakini Elmin Məmmədzadə, paytaxt sakinləri Fidan Əmrahova, Sahilə Bəhrəmova və Nasir İsayev saxlanılaraq Polis Bölməsinə gətiriliblər.
Bu şəxslər barəsində protokol tərtib olunub. Karantin qaydalarını pozan Coşqun Məmmədov 200, digər 4 nəfəri isə 100 manat cərimə ediliblər.