"Sədərək" bazarını niyə iki gündən bir su basır?
Asvaltda xalça qurudan kim, vedrə-vedrə su daşıyan kim, islanmış, yararsız vəziyyətə düşmüş malların halına yanan kim. Gecə saatlarında yağan güclü yağışdan sonra “Sədərək” ticarət mərkəzini su basıb. Əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub və su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri həyata keçirilib. Hər yağış yağanda bu halla rastlaşan sahibkarlar xeyli ziyana düşdüklərini deyirlər. Satıcılar tez bir zamanda problemin həll olunmasını və onlara vurulmuş ziyanın ödənilməsini istəyirlər. Sədərək ticarət mərkəzinin mətbuat xidmətinin rəhbəri Kəmaləddin Qədim məsələ ilə bağlı bildirdi ki, hadisənin baş verməsinin əsas səbəbi suyu kanalizasiya sisteminə ötürməli olan nasosların zəif işləməsidir. Kəmaləddin Qədimə sahibkarlara dəymiş ziyanın qarşılanması ilə bağlı sual verdikdə isə cavabı belə oldu. Kəmaləddin Qədim onu da bildirdi ki, bu halların təkrarlanmaması üçün yaxın zamanda lazımi tədbirlər görüləcək. LƏMAN SALEHOVA HƏZRƏT BAYRAMLI APA TV