"Sədərək" Ticarət Mərkəzi yanır
"Sədərək" Ticarət Mərkəzində yanğın başlayıb.
APA TV-nin məlumata görə, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin canlı qüvvəsi və texnikası hadisə yerinə cəlb olunub.
Yanğının qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirilib.
Baş verən yanğın məhdudlaşdırılıb, hazırda alovun tam söndürülməsi üçün işlər davam etdirilir.