"Sədərək"də sahibkara xəsarət yetirilib, 30 min manat pulu götürülüb

Sədərək Ticarət Mərkəzində sahibkara xəsarət yetirilib.

 

APA xəbər verir ki, şəxsiyyəti istintaqa məlum olmayan şəxs Sədərək Ticarət Mərkəzində sahibkar Şakir Ağayevin başına dəmir alətlə xəsarət yetirib.

 

O, mağazadan 30 min manat pul götürərək qaçıb.

 

DİN-dən APA-ya bildirilib ki, quldurluq əməli ilə bağlı müvafiq araşdırma aparılır. Nəticəsi barədə məlumat veriləcək.

 

Müəllif | Apa.Tv
Apa.tv