“Səfəvi şeyxi” romanı oxuculara təqdim olunub

 

Yazıçı-publisist Yunus Oğuzun “Səfəvi Şeyxi” adlı tarixi romanının təqdimatı keçirilib.

APA TV-nin məlumatına görə, Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda baş tutan tədbirdə birliyin sədri, xalq yazıçısı Anar, əməkdar jurnalist Səyyad Aran, şair Əjdər Ol, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs və digər şəxslər iştirak edib: “Əsər Azərbaycanın Şeyx Səfidən başlamış Şeyx Cüneydə qədər bir dövrünü əhatə edib. Bu, ilk növbədə hakimiyyətə 1501-ci ildə gələn Şah İsmayıl üçün ideoloji zəmin hazırlanan bir dövrdür. Eyni zamanda bu roman təkcə tarixi hadisələrlə bağlı deyil.

Düzdür, Ağqoyunlulardan, Qaraqoyunlulardan, Əmir Teymurdan bəhs olunur. Əsas da odur ki, burada türk sufiliyinin əsasları verilir”.

Xatırladaq ki, “Səfəvi Şeyxi” müəllifin 9-cu tarixi romanıdır.

Müəllif | Apa.Tv
Apa.tv