“Səfirliyin binasında ikiqat mühafizə sistemi qurulmali idi”

“Parlamentin bir iclası Azərbaycanın xaricdəki nümayəndəliklərinin mühafizəsinə həsr olunmalıdır”.

APA-nın xəbərinə görə, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev bildirib.

Qüdrət Həsənquliyev deyib ki, səfirliklərin mühafizə sistemi yenidən qurulmalıdır: “Ona görə də parlamentdə səfirliklərimizin mühafizəsi ilə bağlı xüsusi dinləmə keçirilməlidir”.

Müəllif | Apa.Tv
Apa.tv