Şəhər ərazisində yeni ağaclar, kollar, güllər əkilib

Yay mövsümünün başlanması, paytaxtımıza çoxsaylı qonaqların, xarici turistlərin gəlişinin gözlənilməsi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin qərarına uyğun olaraq iyun ayının 10-da paytaxt ərazisində təmizlik və abadlıqla bağlı növbəti ümumşəhər daxili iməcliyi keçirilib. İməclikdə həm də prospekt və küçələr boyunca yerləşən ictimai iaşə, ticarət obyektlərinin vitrinləri, köşklər və avtobus dayanacaqları yuyulub, ətrafı təmizlənib. Eyni zamanda, şəhər ərazisində Abşeron iqliminə uyğun yeni ağaclar, kollar, güllər əkilib, yaşıllıq zolaqları və parklarda qazon örtüyünə qulluq göstərilib. İməclik tədbirləri gün ərzində paytaxtın bütün rayonlarında keçirilib.

Müəllif | Apa.Tv
Apa.tv