Şəhər intensiv atəşə tutuldu: Bir soydaşımız öldü, biri yaralandı / Rusiya-Ukrayna savaşı
Ukraynanı Nikolayev şəhəri hazırda intensiv atəşə tutulur.
Bunu APA TV-yə açıqlamasında Ukrayna Azərbaycanlıları Konqresinin Nikolayev vilayətində sədr müavini Adil Babayev bildirib.
Adil Babayev deyib ki, raket zərbəsinə tuş gələn avtomobildə olan bir azərbaycanlı həyatını itirib, biri isə yaralanıb.