Səhər oyandım ki, hesabıma 6600 manat köçüb - Qarabağ qazisi
1992-1997-ci illərdə müharibə zamanı xəsarət almış, lakin sonradan reabilitasiya ilə əlilliyi aradan qaldırılmış şəxslərə, eləcə də vəfat edən Birinci Qarabağ Müharibəsi qazilərinin vərəsələrinə birdəfəlik ödəmələrin verilməsinə başlanılıb.
APA TV xəbər verir ki, birdəfəlik ödənişlər artıq minlərlə şəxsin hesabına köçürülüb. Onlardan biri də 1992-ci ildə Kələbəcər uğrundan gedən döyüşlərdə yaralanan Aydın Şiriyevdir.
Dövlət tərəfindən göstərilən bu yardım ilk deyil. Hazırda bizə verilən 6600 manat isə dövlətin qazilərə olan diqqətindən xəbər verir -deyə, Aydıın Şiriyev vurğulayıb.
Qeyd edək ki, birdəfəlik ödəmələrlə bağlı 67 milyon manata yaxın vəsait 11 minədək şəxsin hesabına köçürülüb.
Semral Cavad
Kamran Namazov
APA TV