“Şəhər qatili” Yer kürəsinə yaxınlaşır

Bu həftənin sonu Yer və Ay arasından təhlükəli asteroidin keçəcəyi gözlənilir.

Alimlər onu “Şəhər qatili” adlandırıb. Hesablamalara görə, bu fəza cisminin diametri təxminən 40-90 metr arasındadır.

Onun şənbə günü Yerdən 28 000 km məsafədən keçəcəyi təxmin edilir.

NASA bu ölçüdə asteroidin yaxınlaşması kimi hadisələrin on ildə bir dəfə baş verdiyini bildirib.

Bir şəhəri məhv etmək gücündə olan asteroidin keçidini təhlükəsiz şəkildə tamamlayacağı proqnozlaşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv