Şəhərlərdə rekord mənfi temperatur - 590 mindən çox ev işıqsız qalıb

Amerika Birləşmiş Ştatlarında qar fırtınası nəticəsində azı 9 nəfər həlak olub. Bu barədə CNN kanalı məlumat verib.

Bildirib ki, sərt qış və əlverişsiz hava şəraiti ölkənin Ohayo, Kentakki, Missuri və Kanzas ştatlarında çoxlu sayda qəzalara və insan tələfatına səbəb olub.

Rəsmilərin xəbərinə görə, ABŞ-ın bir neçə ştatında güclü külək və qar yağışı ilə yanaşı soyuq hava da müşahidə olunmaqdadır. Hətta bəzi şəhərlərdə temperatur rekord səviyyə düşüb. Vayominq ştatında isə temperatur rekordu qırılıb, termometrlər mənfi 41 dərəcəni göstərir. Ölkədə yol nəqliyyatı ilə yanaşı, hava nəqliyyatı da iflic olub. Təkcə cümə günü 6 minə yaxın reys ləğv edilib. Çovğun səbəbindən ölkədə 590 mindən çox ev və müəssisə işıqsız qalıb.

Müəllif | Apa.Tv
Apa.tv