Şəhid adlarının verilməsi niyə ləngiyir? - DEPUTAT NARAZILIQ ETDİ

“Təklif edirəm şəhid adının əbədiləşdirilməsi ilə bağlı qanuna dəyişikliklər edilsin”. APA TV xəbər verir ki, bunu Milli Məclisin bugünki iclasında münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. O qeyd edib ki, Qazax rayonunda 51 şəhid var, hər birinin ailəsinə xüsusi diqqət və qayğı göstərilir:

 

“Biz 44 günlük müharibədən əvvəl Qazaxda səngərlər qazırdıq. O səngərlər yerin altında idi. Amma o səngərlərə düşməyə ehtiyac olmadı, çünki yerin altına şəhidlər girdilər və yüksəldilər. Biz torpaqlarımız işğaldan azad etmişik, ancaq təhlükə var. Təklif edirəm şəhid adının əbədiləşdirilməsi ilə bağlı qanuna dəyişikliklər edilsin və qaldırılan bu məsələlər öz həllini tapsın”. 

Müəllif | Apa.Tv
Apa.tv