Şəhid ailələri və müharibə əlillərinə ev verildi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Abşeron rayonundakı, Bakının Ramana və Xocasən qəsəbələrindəki yeni yaşayış komplekslərindən daha 50 mənzil şəhid ailələri və müharibə əlillərinə, gözdən əlilliyi olan şəxslərə, dövlət uşaq müəssisələrinin məzunlarına təqdim edilib.

 

APA TV-nin məlumatına görə, Abşeron rayonunda mənzillərin təqdim edilməsi tədbirində əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov və Milli Qəhrəman İbad Hüseynov iştirak ediblər.

 

Nazir müavini ötən dövrdə 11 minə yaxın şəhid ailəsi və müharibə əlilinin əmək və əhalinin sosial müdafiəsi nazirliyi tərəfindən mənzil və fərdi evlə təmin edildiyini deyib.

 

Milli Qəhrəman İbad Hüseynov şəhid ailələrinə, müharibə əlillərinə mənzillər verilməsinin onlara yüksək dövlət qayğısının daha bir təzahürü olduğunu vurğulayıb.

 

Dövlət başçısının sərəncamı ilə 2021-2025-ci illərdə daha 11 min mənzil və fərdi evin bu kateqoriyalardan olanlara verilməsi nəzərdə tutulub.

 

Ramil Zeynallı,

Əli Əliyev,

APA TV

 

Müəllif | Apa.Tv
Apa.tv