Şəhid ailələri və Qarabağ müharibəsi qazilərinə ev verilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 şəhid ailəsi və Qarabağ müharibəsi əlili evlə təmin edilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə. evlərdən 9-u Quba rayonunda inşa edilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Qubada 9, Naftalanda 6, Balakəndə 3, Xızı və Kürdəmirdə isə 1 vətəndaşa fərdi ev verilib:
- İndi də Ordumuz qabaqda gedir. Allah canlarını sağ eləsin. Şəhidlərimizə Allah rəhmət eləsin, yaralılarımıza da Allah şəfa versin. O gün olsun müharibə qurtarsın və biz öz doğma torpaqlarımızdan istifadə edək. Qarabağ Azərbaycandır!
- Qardaşım Fizuli rayonunda gedən döyüşlərdə şəhid olub. Dövlətimizə təşəkkür edirəm göstərdiyi diqqətə görə.
Sosial Xidmətlər Agentliyinin sədri Vüqar Behbudov deyir ki, 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda - azı 1500 mənzil və fərdi ev verilməsi nəzərdə tutulub: “Artıq onların böyük hissəsi təmin olunub və bu proses sürətlə həyata keçirilir. Bu gün 20 fərdi ev vətəndaşların istifadəsinə verilir, onlardan 9-u Quba rayonundadır. Bu proses sürətlə həyata keçirilir. İlin sonuna kimi Qarabağ əlillərindən 400 nəfərinin avtomobillə təmin olunması da həyata keçiriləcək”.
Ümumilikdə ötən dövr ərzində şəhid ailələri və müharibə əlillərinə 8 min 318 mənzil və fərdi ev verilib.