Şəhid ailələri və qazilərə yeni mənzillər verildi
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 50 mənzil verilib. Mənzillər Bakının Hövsan qəsəbəsindəki yeni yaşayış kompleksində yerləşir. Anar Kərimov qeyd etdi ki, bu il üçün 1500 mənzil və fərdi evlərin verilməsi nəzərdə tutulub. Bu günə qədər 1500 mənzildən təxminən yarısı təhvil verilib. Şəhid ailələrinin üzvləri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslər diqqət və qayğı ilə əhatə olunduqlarına, yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Qeyd edək ki, son 3 il ərzində şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə verilən evlərin sayı 5150-yə çatıb. SÜNBÜL HÜSEYNOVA HƏZRƏT BAYRAMLI APA TV