Şəhid ailəsinin evi yandı

 

Naxçıvan şəhərinin inzibati ərazisinə daxil olan Qaracuq kəndində şəhid Sahil Məmmədovun ailəsinin yaşadığı ev yanıb. Hadisə dünən gecə saatlarında baş verib. Hadisə zamanı şəhidin ailəsinin evi tam olaraq yanıb və yararsız hala düşüb. Atası Rasim Məmmədov deyir ki, yanğın baş verən zaman bütün ailə üzvləri evdə olub. Xoşbəxtlikdən heç kim xəsarət almayıb. Eyni zamanda, şəhid Sahil Məmmədova aid əşyaların bəziləri də hadisə zamanı yanıb. Yanğın hadisə yerinə gələn Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələri tərəfindən dərhal söndürülüb. Aparılan ilkin araşdırmaya görə, yanğın qısaqapanmadan baş verib.

Müəllif | Apa.Tv
Apa.tv