Şəhid Anar Kazımovun anası rəhmətə getdi
Şəmkir rayonundan olan şəhid Anar Kazımovun anası Səyyarə Kazımova dünyasını dəyişib.
APA TV Lent.az-a istinadən xəbər verir ki, bu barədə Şəmkir rayon Gənclər və İdman İdarəsinin rəisi Emin İsmayılov "Facebook" hesabında paylaşım edib.
Şəhid anasının sentyabrın 25-də halının pisləşib. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Anar Kazımov 2004-cü ilin fevralın 16-da rayonun Qaracəmirli kəndində doğulub. Onun özündən başqa bir qardaşı və bacısı da var.
Qeyd edək ki, o, avqustun 4-də Qarabağdakı erməni separatçılarının açdığı atəş nəticəsində şəhid olub. Anar 4 ayın əsgəri olub.