Şəhid əsgərimiz Cəlilabadda torpağa tapşırıldı

Erməni təxribatı nəticəsində şəhid olan Azərbaycan əsgəri Cəlilabadda dəfn edilib.

 

APA TV-nin cənub bürosunun verdiyi məlumata görə, 1996-cı il təvəllüdlü Orxan Nazim oğlu Paşazadənin cənazəsi doğulub boya-başa çatdığı rayonun Cəfərxanlı kəndinə gətirilib.

 

Dəfn mərasimində Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsinin, rayon icra aparatının əməkdaşları, şəhidin ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Şəhid Cəfərxanlı kənd qəbiristanlığında torpağa tapşırılıb. Dəfn fəxri qarovul və yaylım atəşi ilə müşayiət edilib. Şəhid Orxan Paşazadə "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif edilib və medal Azərbaycan bayrağı ilə birgə şəhidin atası Nazim Paşazadəyə təqdim olunub. 

 

Qeyd edək ki, ötən gün axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhə­dindəki təmas xəttində atəşkəs rejimi kobud surətdə pozulub. Düşmən snayperi tərəfin­dən açılan atəş nəticəsində Qazax rayonunun Quşçu Ayrım kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində xidmətdə olan sərhədçi əsgər Orxan Nazim oğlu Paşazadə yaralanıb. Dərhal Qazax rayo­nunun dia­qnostika mərkəzinə təxliyə edilsə də, həyatını xilas etmək mümkün olmayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv