Şəhid olan hərbçimiz Bərdədə dəfn olundu

Qazax rayonunun Daş Salahlı kəndi yaxınlığındakı sərhəd döyüş məntəqəsində, xidməti vəzifələrini yerinə yetirən zaman, şəhid olan əsgər Eltun Qarayevlə doğulduğu, Bərdə rayonunun Qazqurdalı kəndində vida mərasimi keçirilib.

APA TV-nin yerli bürosunun məlumatına görə, mərasimdə Dövlət Sərhəd Xidmətinin yüksək rütbəli hərbçiləri və əsgər dostları, Rayon İcra Hakimiyyətinin başçısı, Hüquq-mühafizə orqanlarının rəsmiləri və rayon ictimaiyyəti iştirak edib.

Vida mərasimindən sonra şəhidin cənazəsi rayon şəhidlər xiyabanına aparılaraq orada torpağa tapşırılıb.

Şəhidin atası Elman Qarayevin sözlərinə görə, oğlu bir aya məzuniyyətə gəlməliymiş: “Allah rəhmət eləsin, vətən uğrunda gedib, şəhid olub, Vətən sağ olsun. Deyirdi gələcəm. Bu ayın axırı gəlməli idi məzuniyyətə, martın 20-i ad günü idi gəlməli idi”. 

Dəfndən sonra şəhidin tabutuna sarılan Azərbaycan bayrağı, şəhidin atası Elman Qarayevə təqdim olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv