Şəhid övladları atalarının azad etdiyi torpaqlarda...

İşğaldan azad olunmuş torpaqlarımızda onları görmək qürurdur. Çünki onların qəhrəman atalarının qanı hesabına bu torpaqlar azaddır. Elə buna görə də, bu torpaqlarda başı uca, qürurla gəzmək onların haqqıdır.

 

APA TV xəbər verir ki, Şuşa şəhər Dövlət Qoruğu, Fire Land produstion və Müdafiə Nazirliyinin təşkilatçılığı ilə “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində Şuşada olan şəhid övladları ilə görüşdük.

 

“Bu torpaqlarda gəzərkən vətən savaşının qəhrəmanlarının övladları ilə də görüşdük. Şuşadadırlar. Yusif Azərbaycan Ordusunun Sərhəd Qoşunlarının baş leytenantı olan Elçin Əzizovun oğludur. Onlunla ilk görüşümüz Bakıda olmuşdu. Şükür bu günə ki, Yusif və onun digər dostları ilə Şuşada da görüşdük”.

 

- Sevinc xanım, Şuşada xoş gördük sizi deməyiniz mənə çox xoş gəldi. 44 günlük müharibədən sonra azad olunan bütün torpaqlarımıza görə şəhidlərimizə çox sağ olun deyirik. Ruhları şad olsun. Qazilərimizə allah şəfa versin. Əsgərlərimizi isə allah qorusun. Şuşaya ilk gəlişimizdi, amma bura gələndə Cəbrayılın Cocuq Mərcanlı kəndini də uzaqdan gördüm. Bilirsiniz, elə hisslər yaşayırsan ki, onu anlatmaq çətindir.

 

Vətən müharibəsinin şəhidi Tofiq Həsənovun qızı da bizimlədir: “Burda mənimlə görüşdüyünüzə görə sizə təşəkkür edirəm. Mən atam üçün şer demək istəyirəm”.

 

Qəhrəman şəhidimiz Namiq Xəlilovun 4 yaşlı oğlu deyir ki, mənim atam qəhrəmandır, atamla fəxr edirəm.

 

Çəkilişə göstərdiyi dəstəyə görə, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyinə, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə və Daxili İşlər Nazirliyinə təşəkkür edirik.

 

 

Müəllif | Apa.Tv
Apa.tv