13:04 16 Aprel 2021 139
Ana səhifə Xəbərlər

Şəhid övladları dünyaya “Müharibə olmasın!” mesajını veriblər

İyul ayının 21-i Qurban bayramı münasibətilə “Fire Land Production”nın təşkilatçılığı və Fairmont Baku Flame Towers”, Azərbaycan Boks Federasiyaının və Müdafiə Nazirliyinin dəstəyi ilə Vətən müharibəsində şəhid olmuş qəhrəmanların övladları üçün “Mənim Atam Qəhrəmandır” adlı bayram tədbiri həyata keçirilib.

 

APA TV xəbər verir ki, tədbirin məqsədi torpaqlarımız uğrunda canını fəda edən əziz şəhidlərimizi bir daha anmaq, onların övladlarına xalq qayğısının daimi olacağını bir daha hiss etdirmək, şəhid balalarının səmərəli istirahətini təşkil etmək, eləcə də onları maarifləndirməkdir.

 

Tədbir ilk olaraq Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində start götürüb. Tədbir iştirakçıları ilk olaraq həmin məkana toplaşıb, oradan ikinci Fəxri Xiyabana gediblər. Şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb.

 

Tədbirin fəxri qonaqları tərəfindən şəhid övladlarına Xarı Bülbül döş nişanı təqdim olunub.

 

Sonda şəhid övladları səmaya ağ göyərçinlər uçuraraq, dünyaya “Müharibə olmasın!” mesajını veriblər.

Müəllif | Apa.Tv

Apa.tv

Kodu kopyalayın