Şəhid qardaşı polis bölməsində döyülüb? - DİN-dən açıqlama

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə Ağsuda şəhid qardaşının polislər tərəfindən döyülməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirilib.

 

DİN-in mətbuat xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov APA-nın sorğusuna cavab olaraq bildirib ki, Gülxan Quliyev spirtli içki aludəçisidir və mütəmadi olaraq şəhid qardaşı adına yaraşmayan hərəkətlərə yol verir:

 

“Sonuncu dəfə spirtli içkinin təsiri altında ictimai asayişi pozduğuna görə vətəndaşların müraciətinə əsasən polis şöbəsinə gətirilib. Barəsində toplanan materiallar rayon Məhkəməsinə göndərilib. Məhkəmə tərəfindən onun şəhid ailəsi olması nəzərə alınaraq sərbəst buraxılıb”, - deyə Zeyni Hüseynov bildirib.

 

Bölmə rəisi qeyd edib ki, Gülxan Quliyevin Polis Şöbəsində döyülməsinə gəldikdə isə bu iddialar tamamilə yalandır və həqiqəti əks etdirmir həmçinin fotoda görünən xasarətləri sərxoş vəziyyətdə yıxılarkən alıb.

 

Qeyd edək ki, sosial şəbəkələrdə Vətən müharibəsində şəhid olan Vüqar Quliyevin qardaşı Gülxan Quliyevin Ağsuda polis əməkdaşları tərəfindən döyülməsi ilə bağlı məlumatlar yayılıb.

 

Müəllif | Apa.Tv
Apa.tv