Şəhid Rəşid Mədinovun qəhrəmanlıq yolu

 

Rəşid Mədinov 24 aprel 1996-cı ildə Xaçmaz rayonunun Yeni Həyat qəsəbəsində doğulub.

 

Bakı Dövlət Sosial-İqtisadi Kollecində təhsilini başa vurduqdan sonra 2015-ci ilin iyulunda əsgərliyə  yollanıb. Hərbi xidmətini Murovdağda keçən Rəşid Aprel döyüşlərində də iştirak edib. Döyüşlərdə baş artilleriya atıcısı olaraq döyüşdə fərqləndiyinə görə tərifnamə və  fərqlənmə diplomları ilə təltif olunub.

 

Suqovuşan, Xocavənd və Füzuli döyüşlərində iştirak edən Rəşid artilleriya bölmələrinin tərkibində böyük qəhrəmanlıqlar göstərib.

 

“Telefonla danışamda müharibədə olduğun məndən gizlətdi. Dedi biz cəbhədən arxadayıq.Haıdan seçilirdi Rəşid. Böyük ümüdlərim, arzularım vardı. Hamısı puç oldu. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin”.

 

 

Rəşid Mədinovun son döyüşü oktyabrın 13-də Füzulinin Pirəhmədli kəndi yaxınlığında olub. Rəşid yaralı yoldaşını döyüş meydanından çıxarkən yaxınlığında artilleriya mərmisi partlayıb. Partlayış nəticəsində ağır qəlpə yaraları alan Rəşid Vətən müharibəsinin 18-ci günü şəhidlik zirvəsinə ucalıb.

 

“Səfərbərlik çağırış əsasında təlimlərə cəlb olundu. Çox sevinclə, ürəklə getdi. Vətən müharibəsində də qəhrəmanlıqla iştirak edib. Hadrutda və Füzulidə döyüşüb. Döyüş yoldaşlarının dediyinə görə Rəşid yaralı hərbçimizi atəş altından çıxarmaq üçün irəli atılıb. Döyüş yoldaşını bizim səngərə gətirməyə cəh edərkən mərmi partlayıb yaxınlığında. Oğlum qəhrəmanlıqla şəhid olub.

 

Qəhrəman döyüşçü oktyabrın 14-ü doğulub boya-başa çatdığı Xaçmaz rayonunun Yeni Həyat qəsəbə qəbiristanlığında dəfn olunub.

 

Rəşid Mədinov ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.

 

                                     

 

 

Müəllif | Apa.Tv
Apa.tv