Şəhid sərhədçimiz torpağa tapşırıldı
Ermənistan silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində şəhid olan Azərbaycanın hərbi qulluqçusu dəfn edilib.
APA TV-nin yerli bürosunun məlumatına görə, Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri Fərzalı Əlimövsüm oğlu Fərzəliyev doğulduğu Ucar rayonunun Alpı kəndində torpağa tapşırılıb.
Şəhidin dəfn mərasimində DSX-nin zabitləri, rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində atəşkəs rejimini kobud surətdə pozmaqla növbəti dəfə təxribat törədib. 2020-ci il yanvarın 7-də saat 14:56 radələrində Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən sərhədçi əsgər Fərzalı Əlimövsüm oğlu Fərzəliyev şəhid olub.