Şəhid Seymur Əzizalıyevin ailəsi ilə son danışığı nə barədə idi

Qarabağda həyata keçirilən antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçu Seymur Teyyub oğlu Əzizalıyev 2004-cü ildə İmişli şəhərində anadan olub. Ailədə 3 bacı, 2 qardaş olublar. Seymur Əzizalıyev ötən ilin iyul ayında hərbi xidmətə çağırılıb. 19 yaşlı şəhid qəhrəmanımız Xüsusi təyinatlı Qüvvələrin əsgəri olub. Axırıncı dəfə ailəsi ilə 18 sentyabrda danışıb və bildirib ki, ondan ötrü narahat olmasınlar. Seymur Əzizalıyev son danışığında ailəsini əmin edib ki, o sağ-salamat qayıdacaq. Yaxınları bildirir ki, ən böyük arzusu hərbçi olmaq olub. Qeyd edək ki, Seymur Əzizalıyevin tərxis olmasına 3 ay qalmışdı. Əlibəy Zeynallı, Elçin Həsənov, APA TV

Müəllif | Apa.Tv
Apa.tv