Şəhid Veysəl Qasımovun nəşinin qalıqları II Fəxri xiyabanda torpağa tapşırılıb - APA TV
Birinci Qarabağ müharibəsində, Şuşa rayonunun Daşaltı kənində 1992-ci ildə gedən döyüşlərdə itkin düşmüş Veysəl Qasımovun nəşinin qalıqları dəfn edilib.Veysəl Qasımovla Xətai rayonu, Məzahir Rüstəmov küçəsində yerləşən evində vida mərasimi keçirilib.Daha sonra şəhidin nəşinin qalıqları İkinci Fəxri xiyabana gətirilərək torpağa tapşırılıb. Mərasimdə yaylım atəşi açılıb. Milli Məclisin vitse-spikeri Adil Əliyev tabuta çəkilmiş Azərbaycan bayrağını şəhidin həyat yoldaşı Mərziyyə Qasımovaya təqdim edib. Dəfn mərasimində dövlət xadimləri, ictimaiyyət nümayəndələri, şəhidin ailə üzvləri və döyüş yoldaşları iştirak edib. Qeyd edək ki, şəhid Veysəl Qasımovun qalıqları 31 il sonra Daşaltıda aşkarlanıb. AYTƏN SAKİTQIZI ARİF ƏLİYEV APA TV