Şəhidlər Xiyabanında bir qrup şəxs qarışıqlıq yaratmağa cəhd göstərib

Yanvarın 20-də Şəhidlər Xiyabanında bir qrup şəxs ziyarətçilər üçün əvvəlcədən təşkil olunmuş növbəlilik prinsipini pozmaqla orada qarışıqlıq yaratmağa cəhd göstərib.

 

DİN Mətbuat Xidmətinin bölmə rəisi Zeyni Hüseynov APA-nın sorğusuna cavab olaraq bildirib ki, cəhdin qarşısı alınıb və onlardan biri - Anar Hüseynov polisin qanuni tələbinə qəsdən tabe olmadığına görə saxlanılıb və inzibati qaydada həbs olunub.

Müəllif | Apa.Tv
Apa.tv