Şəhidlərin abidəsi qarşısına zibil qutularını kim qoyub? - APA TV
Məsələ ilə bağlı Nəsimi rayon İcra Hakimiyyətini xəbərdar etdik. Qurumdan bildirdilər ki, sözügedən ərazidəki tikililər sökülərək yeni yaşayış binaları istifadəyə veriləcək. Buna görə də konteynerlərin yerini dəyişmək mümkün deyil.
Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis baş leytenantı Toğrul Nəsirli isə bildirdi ki, sözügedən ərazidə yeraltı piyada keçidi mövcud olduğundan müraciətə mənfi rəy verilib.
Anlaşılan budur ki, sakinlər yolu digər tərəfə keçmək üçün xeyli aralıda yerləşən metro keçidindən istifadə etməlidirlər. Və bu durum ən çox yaşlı sakinləri çətinə salır.
Qayıdaq Namiq Məlikov parkındakı vəziyyətə. Parkdakı durumu olduğu kimi, şikayətçilərin, şəhid anasının dilindən eşitdiniz. Bizim və övladlarımızın əmin-amanlıq şəraitində yaşaması üçün canından keçən oğullarımızın xatirəsinə son dərəcə həssaslıqla yanaşmaq borcumuzdur. Bəs zibil qutularının arxasından boylanan 3 şəhidin abidəsi bu həssaslığa kölgə salmırmı? Bu mənzərəni lentə almaq bizim üçün bu qədər çətin oldusa, o 3 şəhid anası üçün övladlarının zibilliyin fonundan boylanan şəkillərini görmək nə qədər ağrılıdır, təsəvvür etmək çətin deyil. Və aidiyyəti qurumların açıqlamalarından belə anlaşıldı ki, bu ağrılı vəziyyət yeni binalar tikilənə qədər davam edəcək.