Şəhidlərin medalları ailə üzvlərinə təqdim edildi
Naftalanda 8 Noyabr – Zəfər Günü qeyd olunub.
APA TV xəbər verir ki, iştirakçılar ilk olaraq Ümummilli lider Heydər Əliyevin abidəsini, daha sonra torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Şəhidlərimizin xatirəsinə ucaldılmış Memorial Xatirə Kompleksini ziyarət ediblər.
Tədbirdə “Tarixi Zəfər” mövzusunda çıxış edən icra başçısı qeyd edib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən Müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib.
Digər çıxış edən natiqlər də xalqımızın dövlət başçısının ətrafında sıx birləşərək bütün dünyaya öz gücümüzün, mətinliyimizin, mübarizliyimizin nümayiş etdirildiyini vurğulayıblar. Sonda Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına uyğun olaraq təltif olunmuş Şəhidlərin - Aslanov Bəxtiyar İlqar oğlunun “Vətən uğrunda” medalı (ölümündən sonra), Adıgözəlov Fərid İlqar oğlunun “Cəsur Döyüşçü“ medalı (ölümündən sonra), Cəfərov Elyəddin Zöhrab oğlunun “Cəsur Döyüşçü“ medalı (ölümündən sonra), ailə üzvlərinə təqdim olunub. Sonda məktəblilərin ifasında ədəbi-bədii kompazisiya dinlənilib.
Fuad Nazimoğlu,
Mehdi Məmmədov,
APA TV