Şəhidlərlə bağlı 60-a yaxın əsər TƏQDİM EDİLDİ

Bakıda Xətai Sənət Mərkəzində “Şəhidlər ölməzdir!” adlı rəsm müsabiqəsi və sərgisi təşkil olunub.

 

APA TV xəbər verir ki, Sənətşünaslığın Təbliği İctimai Birliyinin təşəbbüsü ilə keçirilən müsabiqədə torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimiz yad olunub.

 

Tədbirdə tanınmış xalq rəssamları, sənətşünaslar, həvəskar rəssamlar, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Çıxış edənlər gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, təsviri sənətdə Vətən mövzusunun təbliği və inkişafı, istedadlı gənclərin üzə çıxarılmasından söz açıblar.

 

Müsabiqədə 16 rəssamın 60-a yaxın rəsm əsəri təqdim olunub. Sonda iştirakçılar sertifikat və digər hədiyyələrlə mükafatlandırılıb.

Müəllif | Apa.Tv
Apa.tv